BMT rəsmisi: Qəzzada ailələrin təqribən 62 faizi ərzaq qıtlığından əziyyət çəkir 12 Dekabr 2019 08:59 Fələstin Fələstin hökuməti və BMT 2020-ci ildə Fələstin ərazilərinin sakinləri üçün humanitar yardımların göstərilməsi planı üzrə fəaliyyətə başlayıblar. Maide.Az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak deyib. F. Hak bildirib: "Fələstin hökuməti və BMT bu gün İşğal olunmuş Fələstin ərazisində 2020-ci il üçün humanitar fəaliyyət tədbirləri planı çərçivəsində Qəzza zolağı və Qərb Sahilində, o cümlədən Qüdsdə 1.5 milyon fələstinliyə kömək üçün 348 milyon dollar toplamasına başlamışdır". BMT rəsmisi bildirib ki, vəsaitin təxminən 76%-ı vəziyyətin çox həssas olaraq qaldığı və əhalinin demək olar ki, yarısı işsiz və ailələrin təqribən 62%-i ərzaq qıtlığı ilə üzləşən Qəzzaya ayrılacaq. Qeyd edək ki, Qəzza zolağının sionist İsrail rejimi tərəfindən mühasirəsi və bu bölgədə aparılan hərbi əməliyyatlar, son illər ərzində Qəzzada sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyəyə çatıb. Bu Fələstin torpaqlarının İsrail rejimi tərəfindən işğalından sonra ən aşağı göstəricidir. Qəzza zolağının 362 min kvadrat kilometr ərazisi var ki, təqribən 1 milyon 800 min nəfər fələstinli burada yaşayır. 2007-ci ildən sionist rejim bu bölgəni mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrum edilib. Teqlər : #bmt,#fələstin,#qəzza,#sionistrejim,#israilrejimi,#qüds, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mahmud Abbas İordan vadisinin İsrailə əlavə edilməsilə bağlı xəbərdarlıq edib İsrail etiraf edib: Fələstinli uşaqlar İsveçrəlilərə verilib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar