İsrail Fələstinlilərin cənazalərini təslim etməyəcək

İsrail rejiminin baş naziri Binyamin Netanyahunun öldürülən Fələstinlilərin cənazələrinin saxlanılması və ailələrinə təslim verilməməsi istiqamətində bir qərar verib.
 
Maide.az xəbər verir ki, İsrailin Kanal 2 televiziyasının məlumatına görə Netanyahu, rejimin müdafiə naziri Moşe Yalona zəng vuraraq, Fələstinlilərin cənazələrinin ailələrinə təslim əməliyyatlarının dayandırılmasını istəyib.
 
Xəbərdə sözügedən qərara əsas kimi, cənazələrin dəfn vaxt sionistlərlə Fələstinlilər arasında baş verən hadisələr göstərilib.
 
Ötən ilin oktyabr ayından bu yana "bıçaqla və ya maşınla hücum cəhdi göstərdikləri" iddiası ilə vurularaq öldürülən bir çox Fələstinlinin cənazəsi rejim tərəfindən saxlanılır.

Google+ WhatsApp ok.ru