Qəzzaya yeni yardım donanması hazırlanır

Qəzzaya tətbiq olunan mühasirəni yarmaq üçün yaradılan beynəlxalq mülki təşəbbüs olan Azadlıq Donanması Koalisiyanın yalnız qadınlardan ibarət olacaq 4-cü donanmasının təqdimatı Madriddə keçirilib.
 
Maide.az xəbər verir ki, "Qadınlar Qəzzaya Doğru" adlı layihəyə dəstək verən təşkilatlardan "Rumbo a Gaza"nın təşkil etdiyi təqdimatda edilən çıxışlarda, 4-ci Azadlıq Donanmasının məqsədinin digərlərindəki kimi İsrail rejiminin "Qəzzanı işğal etməklə Fələstinə blokada tətbiq edərək törətdiyi insanlıq cinayətini bütün dünyada çatdırmaq" olduğu vurğulanıb.
 
İspan jurnalist Tereza Aranguren "Mavi Mərmərə faciəsindən sonra daha da cəsarətlənib, Fələstinə daha çox yardım aparmağı hədəf seçdik. Bu dəfə qadın mövzusunu daha önə çəkdik, çünki əsas məqsədimiz Fələstindəki qadınların müqavimət gücünə dəstək olmaq və onları cəsarətləndirməkdir", - deyib.

Google+ WhatsApp ok.ru