İsrail Həmas rəhbərlərini həbs etdi

İsrail əsgərlərinin Fələstin Məclisinin başçı köməkçisi İmad Navfəlin də arasında olduğu 12 Həmas üzvünü saxladığı bildirilir.
 
Maide.az-ın məlumatına görə, İsrail əsgərləri sözügedən şəxsləri İordan çayının qərb sahilindəki Kalkiliyyə şəhərində Navfəlin evinə basqın təşkil edərək saxlayıb. 
 
Nablusda isə Həmas rəhbərlərindən olan Bəkir Səid Bilalın da arasında olduğu 11 fələstinli evlərə təşkil edilən basqınlarda saxlanılıb. 
 
İsrail əsgərləri həbslərə qarşı etirazını bildirənlərə plastik güllə və gözyaşardıcı qazla müdaxilə edib.
 
Fələstin Əsirlər Cəmiyyəti isə dünən verdiyi açıqlamada İsrail əsgərlərinin 3 yəhudinin itməsindən sonra başlatdığı əməliyyatlarda həbs olunan fələstinlilərin sayının 639-a çatdığı deyilirdi.

Google+ WhatsApp ok.ru