`İsrailin Qəzzada törətdikləri dövlət terrorudur`

Maide.az-ın məlumatına görə, Çeçenistan prezidenti Ramzan Kadırov sosial şəbəkədə son günlər Qəzzada baş verən İsrail cinayətləri ilə bağlı status paylaşıb. O, günahsız Fələstin xalqının İsrail tərəfindən bombardıman edilərək qətliam olunmasını dövlət terroru adlandıraraq, vurğulayıb: “İsrailin Qəzza zolağına hücumu onu göstərdi ki, bu rejimin zülmü heç cür yozula biməz. Hərçənd ki, bu rejimin Fələstin döyüşçüləri qarşısında nə qədər zəif olduğu da aşkarlandı. İsrail yüzlərlə kimsəsiz qoca, uşaq və qadını qətliam etdiyi halda ABŞ və Avropa rəhbərliyi baş verənləri dəstəkləyir. Halbuki bu hücum dövlət terrorudur.” O, daha sonra deyib: “ABŞ və müttəfiqləri belə bir cinayətkar rejimi dəstəklədiyi halda, Ukrayna böhranında Rusiyanı günahlandırır və ona qarşı sanksiyalar tətbiq edir.” Kadırov Suriya, İraq, Əfqanıstan, Liviya və Misirdə baş verənlərə də toxunaraq yazıb: “Cihad, Qərbin dəstəklədiyi radikal terror qruplaşmaları tərəfindən təbliğ edilən düşüncə deyil. Bu gün həqiqi cihad təhsil, mədəniyyət və mənəviyyat sahəsində əzmkarlıqdan ibarətdir.”

Google+ WhatsApp ok.ru