Huzaada cəsədlər küçələrdə qalıb

İsrail ordusunun qurudan və havadan sıx hücumlarına məruz qalan Huzaa vilayətində cəsədlər küçələrdə qalıb.
 
Maide.az-ın məlumatına görə, AA müxbirinə danışan vilayət sakini Rami Kadih, "İsrail ordusu 2 gündür mühasirədə saxladığı vilayətə hədəf güdmədən havadan və qurudan hücumu davam etdirir. Ölənlərin cəsədləri davam edən hücumlara görə toplanılmır", - deyib.
 
Bombardmana görə evlərindən çıxmağa çalışan insanların İsrail qırıcı təyyarələrinin hədəfi olduğunu söyləyən Kadih, "Vilayətə sağlamlıq və mülkü müdafiə qrupları da girə bilmir. Dağıntı altındakı insanlar qalıb" deyə əlavə edib.
 
Huzaadakı hər kəsin İsrailin hədəfində olduğunu vurğulayan Kadih bunları deyib: "Huzaada bombardmandan xilas olanlar snayperlərin hədəfinə çevrilir. Dünən gecə İsrail əsgərləri Huzaa-Absan əl-Kəbir yolu üzərindəki evlərdə qalan fələstinlilərə hücum edib. Əvvəl evlərdən əlləri başı üstündə çıxmalarını istəyib və eləcə gözlədib. Daha sonra bəzilərinə atəş açaraq yaralayıb, bəzilərinin də evlərinə dönməsinə icazə verib."
 
İsrailin 7 iyuldan bu yana təşkil etdiyi hücumlarda  200-ü uşaq, 99-u qadın olmaqla 815 nəfər ölüb, 5 min 260 nəfər isə yaralanıb.

Google+ WhatsApp ok.ru