İsrail ordusu və fanatik miqrantlar məktəbə hücum ediblər, xeyli fələstinli şagird xəsarət alıb (FOTO) 22 Fevral 2019 12:06 Fələstin Dünən əl-Xəlil (Habrun) şəhərinin qədim məhəlləsində işğalçı İsrail rejim qüvvələri və bir qrup fanatik yəhudi miqrant fələstinli uşaqların təhsil aldığı ibtidai məktəbə hücum ediblər. Felestin.info PNN-ə istinadla xəbər verir ki, işğalçılar məktəbə doğru gedən şagirdlərə tərəf çoxlu gözyaşardıcı qaz bombaları atıblar. Nəticədə azı 30 şagird zəhərlənib, onlardan birinin vəziyyəti ağırdır. O, dərhal Məhəmməd Əli hospitalına aparılıb. Məktəb direktorunun bildirdiyinə görə, hücumda öz radikallığı ilə seçilən və tez-tez fələstinliləri öldürmək çağırışları edən bir sıra israilli fanatiklər də iştirak edib. Əl-Xəlil şəhər meri general Cibrin əl-Bəkri şagirdlərə qarşı zorakılığı tənqid edib. O bildirib ki, son günlər burada yerli əhaliyə qarşı fanatik yəhudilərin hücumlarının artması Netanyahu tərəfindən Habrunda Müvəqqəti Beynəlxalq İştirak (TİPH) könüllülərinin fəaliyyətinə son qoyulması ilə bağlıdır. Teqlər : #İsrail,#ordusu,#və,#fanatik,#miqrantlar,#məktəbə,#hücum,#ediblər,#xeyli,#fələstinli,#şagird,#xəsarət,#alıb,#(FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əl-Əzhər Universiteti Əqsa məscidilə bağlı bəyanat yayıb Fələstinlilər 16 ildən sonra ‘Babur-Rəhmət’ qapısından Əqsa məscidinə daxil oldu - FOTO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar