Fələstinlilər 16 ildən sonra ‘Babur-Rəhmət’ qapısından Əqsa məscidinə daxil oldu - FOTO

Fələstinlilər 16 ildən sonra ‘Babur-Rəhmət’ qapısından Əqsa məscidinə daxil oldu - FOTO

Fələstin müsəlmanları 16 ildən sonra ötən gün Əqsa məscidinin "Babur-Rəhmət" müsəllasında Cümə namazı qılıb. 
 
Maide.Az İQNA agentliyinə istinadən xəbər verir ki, Əqsa məscidinin şərqində yerləşən "Babur-Rəhmət" müsəllası 2003-cü ildən İsrail hərbiçiləri tərəfindən işğal edilmişdi.
 
Əqsa məscidinin Cümə xətibi Şeyx Əkrəmə Səbri ötən gün elan edib ki, sionistlərin Babur-Rəhmət qapısını bağlaması qanunsuz idi. Əqsa məscidinin bütün sahəsi İslami vəqfdir.
 
 
 
 

Google+ WhatsApp ok.ru