İsrail Qəzzaya yeni hücum başlatdı

İsrail ordusunun Qəzza zolağındakı fələstinlilərə aid məskunlaşma, əkinçilik əraziləri və bir məscidi hədəf aldığı hücumlarda yaralananların olduğu bildirilir.
 
Maide.az-ın məlumatına görə, keçmiş hökumət nümayəndəsi Əşrəf əl-Kudra bildirib ki, Qəzzanın şərq sərhədində cəmləşmiş topçu bölükləri Qəzza, Deyrul Bəlah, Xan Yunus, Cibalya və Beyti Lahyadakı məskunlaşma vahidlərini və əkinçilik ərazilərini hədəf alıb.
 
Hücumda əksəriyyəti məktəbə sığınan qadın və uşaqlardan ibarət 15 nəfər yaralanıb.
 
Şahidlər top atəşlərindən məktəb binasının da yarasız hala düşdüyünü bildirirlər.
 
Şahidlər həmçinin bildirirlər ki, sionist rejimin təyyarələri Təl əl-Həva səmtindəki "Həmzə Məscidi"ni də bombalayıb. Ancaq xoşbəxtlikdən hücumda ölən və yaralanan olmayıb.
 
Bundan əlavə, xəstəxanada müalicə alan 2 fələstinlinin də öldüyü bildirilir. 
 
Avropa-Aralıq dənizi İnsan Haqları Təşkilatı Qəzza şöbəsinin başçısı Rami Abduh İsrailin bayram boyunca Qəzzaya təşkil etdiyi hücumlarda 9-u tamamilə, 13-ü isə qismən 22 məscidin dağıdıldığını açıqlayıb.

Google+ WhatsApp ok.ru