İsrailin hücumlarına Almaniya və ABŞ-da etiraz edildi (FOTO)

Almaniyanın paytaxtı Berlində 3 İsrail vətəndaşı tərəfindən təşkil edilən etiraz aksiyasına aralarında almanların da olduğu təxminən 300 nəfər qatılıb.
 
Maide.az-ın məlumatına görə, Heinrichb Heine Platz meydanında toplaşan aksiyaçılar daha sonra Kotbusser Tor meydanına gedib. Yürüş əsnasında, ''Almaniya maliyyələşdirir, İsrail bombalayır'', ''Gözlərinizi açın'' şəklində şüarlar səsləndirilib.
 
Etirazçılar əllərində, ''Azad Qəzza'', ''Mühasirəyə son'' yazılmış plakatlar daşıyıblar.
 
ABŞ-da isə Codepink adlı QHT üzvləri İsrailin Vaşinqton səfirliyi qarşısında toplaşıb. Əllərində "Qəzza mühasirəni qaldırın", "Azad Fələstin", "Amerikalı yəhudilər ölümlərin dayanmasını istəyir" yazılmış plakatlar daşıyan qrup, "Fələstin çox yaşa", "ABŞ-ın İsrailə hərbi köməyini dayandırın" kimi şüarlar səsləndirib.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru