İsrail radikalları Fələstində məscid yandırdılar - VİDEO

Ramallahda  məskunlaşmış bir qrup yəhudi çərşənbə günü məscid yandırıblar.
 
Maide.az xəbər verir ki, insident səhər saatlarında, Muqhair kəndində baş verib. Sübh namazına gələn müsəlmanlar məscidin alovlandığını görüblər və yanğın söndürənlər gələnədək özləri məscidin alovunu söndürməyi bacarıblar. Buna baxmayaraq məscidin birinci mərtəbəsi tamamilə yararsız hala düşüb. İkinci mərtəbəsi isə müəyyən qədər zərər çəkib.
 
Şahidlər bu cinayəti yəhudilərin törətdiyinə şübhə etmirlər. Məscidin divarlarına anti-fələstin yazılarda da yazılıb.
 
Həmçinin bildirilir ki, bu vilayətdə məscidlərin yəhudi hücumlarına məruz qalması ilk hadisə deyil.
 
Hər zaman olduğu kimi bu dəfə də sionist rejimin polisləri cinayətkarları yaxalamayıb.
 
Fələstin liderləri bildirirlər ki, sionist rejimin baş naziri tərəfindən dəstəklənən bu cür hücumlar yenidən müharibəyə gətirib çıxara bilər. 

Google+ WhatsApp ok.ru