İsrail rejimi əsgərləri 8 gündə 7 fələstinlini öldürdü

Oktyabr ayının əvvəlindən bu yana sionistlər 790 fələstinlini yaralayıblar

Maide.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi tərəfindən yayımlanan yazılı açıqlamaya görə, oktyabr ayının əvvəlindən bu günə qədər 1-i uşaq olmaqla 7 fələstinli öldürülüb, 790 fələstinli həqiqi və ya plastik güllələrdən yaralanıb.
 
Öldürülən 7 fələstinlinin 3-ü İordan çayının qərb sahilinin müxtəlif bölgələrində İsrail rejimi əsgərləriylə baş verən dava-dalaşda həyatını itirib, digər 4 nəfər isə İsrail qüvvələrinə qarşı bıçaqlı hücum təşkil etdiyi və bu kimi səbəblərlə öldürülüb.
 
İsrail rejimi 1967-ci ildən bəri Şərqi Qüds və İordan çayının qərb sahilini işğal altında saxlayır. İşğal altındakı Şərqi Qüdsdə 200 min, Qərbi İordanda isə 400 min yəhudi yerləşdirilib. Beynəlxalq hüquqa görə, buralardakı yəhudi yaşayış yerlərinin hamısı qeyri-qanuni qəbul edilir.

Google+ WhatsApp ok.ru