İsrail rejiminin ciyanətləri bitmir: DAHA BİR GƏNC QIZ GÜLLƏLƏNDİ

Son bir ayda İsrail rejimi əsgərlərinin törətdiyi cinayətlərə hər gün biri daha əlavə edilir. Maide.az xəbər verir ki, 2 həftə əvvəl silahsız tələbə qızı hicabını açmağa məcbur edən sionist əsgərlər isətklərinə nail olmadığı üçün onu güllələyərək qətlə yetirmişdilər. Analoji hadisə dünən axşam saatlarında yenidən təkrarlanıb. Rejimin silahlı əsgərləri yenə bir tələb qızdan hicabını açmağı tələb ediblər, amma bu istəkləri yerinə yetirilmədiyinə görə, həbs etmələrinin mümkün olmasına baxmayaraq, onu güllələyiblər. Yaralı qıza tibbi yardım edilməsinə isə imkan verməyiblər.

Google+ WhatsApp ok.ru