İsrail rejimi Şərqi Qüdsdəki müsəlman qəbirlərini dağıdıb

İsrail rejimi Şərqi Qüdsdəki müsəlman qəbirlərini dağıdıb

Sionist İsrail rejimi qüvvələri park salmaq üçün Şərqi Qüdsdəki 1400 illik  "Babul Rahmə" adlı müsəlman qəbiristanlığında yerləşən çox sayda qəbri dağıdıb.
 
Maide.Az xəbər verir ki, Müsəlman Məzarlarını Qoruma Komissiyasının sədri Mustafa Əbu Zəhra bildirib ki,"Babul Rahmə" qəbiristanlığına daxil olan işğalçı rejim qüvvələri burada olan qəbirləri dağıdıb.
 
O deyib ki, bu qəbirstanlıq yüzlərlə fələstinlinin dəfn olunduğu təxminən 1400 illik tarixə malik qəbiristanlıqdır. "İşğalçı rejim ağıtdıqları məzarların park ərazisində olduğunu iddia edirlər. Ancaq "Babul Rahmə" qəbiristanlığı vəqf olunmuş ərazidir və müsəlmanlara aiddir". 
 
Digər tərəfdən, Əqsa məscidinin direktoru və baş imamı Şeyx Ömər Əl-Kisvani də müsəlman qəbiristanlığında keçirilən dağıntıları pisləyib

 

Google+ WhatsApp ok.ru