İsrail rejimi İbrahim Peyğəmbərin ziyarətgahının ərazilərinin müsadirəsi haqda qərar verib

İsrail rejimi İbrahim Peyğəmbərin ziyarətgahının ərazilərinin müsadirəsi haqda qərar verib

Sionist İsrail rejimi İordan çayının qərb sahilində əl-Xəlil şəhərində yerləşən İbrahim Peyğəmbərin məqbərəsi kompleksinin ərazilərinin müsadirə edilməsi və İsrail tərəfindən əraziyə əl qoyulması ilə bağlı qərar verib.
 
Maide.Az "SalamNews"-a istinadla xəbər verir ki, işğalçı rejimin Hüquq məsələləri üzrə baş müşaviri Avixay Mandelblit İbrahim Peyğəmbərin ziyarətgahı kompleksinin ərazilərinə əl qoyulması ilə bağlı qərarı təsdiqləyib.
 
Sionist rejim bu qərarı əcnəbi turistlərin və yəhudilərin ərazini rahat şəkildə ziyarət etməsi istiqamətində yeni təmir tikinti işlərinin aparılması və xüsusi keçid və yolların düzəldilməsi amacı ilə həyata keçirildiyini iddia edib.
 
İşğalçı rejimin qərarına əsasən ərazi Fələstin Muxtariyyətinin Vəqfiyyat İdarəsindən "alınmalıdır."
 
Qeyd edək ki, əl-Xəlil şəhəri də daxil olmaqla İordan çayının qərb sahili 1967-ci ildə İsrail tərəfindən işğal edilib. İbrahim Peyğəmbərin hərəmi hazırda tam olaraq İsrailin nəzarətindədir. Oslo anlaşmasına görə ərazi İsrail rejimi deyil, əhalisinin böyük əksəriyyəti fələstinlilər olan əl-Xəlil şəhərinin bələdiyyəsi tərəfindən idarə edilməlidir.
 

Google+ WhatsApp ok.ru