İsrail rejimi Fələstində zülmü artıracaq

Sionist rejimin təhlükəsizlik kabineti fələstinlilərə qarşı bəzi yeni tədbirlər görülməsinə qərar verib

İsrail rejim İordan çayının qərb sahilində və Qüdsdə artan gərginlikdən sonra fələstinlilər əleyhinə yeni qərarlara imza atıb.
 
Maide.az xəbər verir ki, yeni aktlar çərçivəsində "Qərbi İordan və Qüdsdə müxtəlif əsaslarla evlərin sökülməsində tələsmək, inzibati həbsin dairəsini genişləndirmək, Qərbi İordan və Qüdsdəki təhlükəsizlik tədbirlərini artırmaq, Qədim Şəhər və Hərəmi Şərifdən uzaqlaşdırma" kimi əməliyyatların yer aldığı bildirilir.
 
Bu arada İsrail gücləri keçən il israillilərə qarşı hücumlara görə öldürülən 3 fələstinlidən 2-sinin evlərini sökdürüb, birinin evini isə betonla dolduraraq istifadəyə yararsız hala gətirib.

Google+ WhatsApp ok.ru