İsrail rejimi fələstinli uşaqları ağır pul cərimələri ilə cəzalandırır

İsrail rejimi fələstinli uşaqları ağır pul cərimələri ilə cəzalandırır

Sionist İsrail rejiminin məhkəmələrinin mart ayı ərzində saxlanılan bir çox fələstinli uşağı həbs etməklə yanaşı, təxminən 10 min dollar pul cəriməsilə də cəzalandırdığı bildirilib.
 
Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, Fələstin Qurtuluş Təşkilatının tabeliyindəki Fələstin Əsirlər Heyəti tərəfindən nəşr olunan hesabatda, belə qeyd olunub: “İsrail rejimi fələstinli uşaqları təkcə haqsız həbs cəzalarına məhkum etməklə kifayətlənmir, illərlə davam edən ağır həbs cəzalarına bir də külli miqdarda pul cərimələrini də əlavə edir”.
 
Hesabatda, mart ayında 34 fələstinli uşağın həbs cəzalarına məhkum edildiyi bildirilərək, bu uşaqlarının 20-nin evlərində, 11-nin yollarda, birinin hərbi nəzarət məntəqəsində, birinin İsrail rejiminin nəzarət etdiyi ərazilərə şəxsiyyət vəsiqəsiz daxil olanda, birinin də istintaqa çağırıldığı vaxt həbs edildiyi qeyd edilib.
 
İşğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhəri yaxınlığında yerləşən Ofer həbsxanasındakı fələstinli uşaq məhbusların sayının 114-ə yüksəldiyinə diqqət çəkilən hesabatda, İsrail rejimi məhkəmələrinin fələstinli uşaqlara, həmçinin 37 min şekelə qədər (təxminən 10 min dollar) ağır pul cərimələri də yazdığı vurğulanıb.
 
Hesabatda fələstinli bir uşağın atəş açıldıqdan sonra həbs olunduğu, 3 fələstinli uşağın da sorğu vaxtı vəhşicəsində döyüldüyü qeyd olunub.
 
Fələstin rəsmi mənbələrinə görə, İsrail rejiminin həbsxanalarında 500-ə yaxını inzibati cəza almış məhbus, 230 nəfər uşaq olmaqla 5700 fələstinli var.
 

Google+ WhatsApp ok.ru