İsrail rejimi işğal etdiyi torpaqlarda ağaclara belə zülm edir

İsrail rejimi işğal etdiyi torpaqlarda ağaclara belə zülm edir

Qərb Sahilinin şimalındakı Nablus şəhərində onlarla zeytun ağacı sionist gəlmələr tərəfindən yandırıldı.  
 
Maide.Az “dunyabulteni”ə istinadən xəbər verir ki, şahidlərin məlumatına görə, Nablusun yaxınlığındakı Burin bölgəsində fələstinlilərə aid yüzlərlə zeytun ağacı sionist gəlmələr tərəfindən yandırılıb. 
 
Məlumata görə, işğalçı İsrail əsgərləri yanğını söndürmək istəyən Fələstin xilasetmə dəstələrinə maneə törədib.  
 
Fələstində zeytun yığımının başlamasıyla birlikdə sionist gəlmələrin zeytun bağlarına qarşı hücumlarının artdığına diqqət çəkilir.
 
Qeyd edək ki, Nablusun ətrafında Fələstinin işğal olunmuş ərazisində 39 qeyri-qanuni Yəhudi yaşayış məntəqəsində 40 min sionist gəlmə yerləşdirilib.  Bu gəlmələr müxtəlif zamanlarda FƏləstinlilərə hücumlar təşkil edir.
 

 

Google+ WhatsApp ok.ru