‘Böyük Qayıdış Yürüşü’ heyəti aksiyalarda geniş iştiraka çağırış ediıb

‘Böyük Qayıdış Yürüşü’ heyəti aksiyalarda geniş iştiraka çağırış ediıb

Qəzzadakı "Blokadanı Qırmaq və Böyük Qayıdış Yürüşü" Milli Ali Nümayəndə Heyəti bu gün Qəzza zolağı sərhədində keçiriləcək "Böyük Qayıdış Yürüşü" mitinqlərində geniş iştiraka çağırış edib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, "Blokadanı Qırmaq və Böyük Qayıdış Yürüşü" Milli Ali Nümayəndə Heyətindən verilən yazılı açıqlamada Fələstin işinə qarşı hiylələri boşa çıxarmaq üçün ərəb və İslam ölkələri ilə Fələstinin ortaq mövqedə olmalı olduğu qeyd edilib.
 
Heyət üzvü Məhəmməd əl-Harrazin də məsələ ilə bağlı yaydığı bəyanatda planlaşdırılan hiylələrin Fələstin işiylə məhdudlaşmayacağını, işğalçı rejimlə münasibətləri normallaşdırma qapılarının açılmasının İslam ümmətinin bütün paytaxtlarının təsliminə səbəb olacağını bildirib.
 
Bəhreyn forumundan öncə icmaların səsinin işğalçı rejimlə münasibətlərini normallaşdırmaq istəyənlərə çatdığını deyən əl-Harrazin aksiyaların Fələstin işini ləğvi istəyən bütün hiylələri boşa çıxarmaq üçün güclü şəkildə davam edəcəyini qeyd edib.
 
İyun ayının sonlarında Bəhreyndə "Əsrin müqaviləsi" planının iqtisadi tərəfini elan üçün "Rifah üçün sülh" forumu həyata keçirilib.
 
Fələstinli qrupların hamısının boykot etdiyi forumda məhdud sayda ərəb ölkəsi iştirak edib.
 
Milli birliyin Fələstin işinin əsas dirəyi olduğuna işarə edən əl-Harrazin ilk olaraq milli birliyi təmin etmək üçün hamı birlikdə işləmək lazım olduğunu bildirib.
 
Əl-Harrazin fələstinlilərdən Qəzza zolağı sərhədində bu gün keçiriləcək aksiyalara qatılmalarını istəyib.
 
Qəzza əhalisi 30 mart 2018-ci ildən bu yana "Böyük Qayıdış Yürüşü" fəaliyyətləri çərçivəsində Qəzza zolağı sərhədində aksiyalarını davam etdirir.
 
Qəzza zolağının beş vilayətinin şərq bölgələrində sərhədə yaxın məntəqələrdə yaradılan dönüş düşərgələrində toplaşan fələstinlilər dinc bir şəkildə aksiya keçirir. İşğalçı qüvvələr də silahsız nümayişçilərin üzərinə atəş açmağa davam edir.
 

Google+ WhatsApp ok.ru