İsrail rejimi irqçi qanunu ssəsvermə üçün parlamentə göndərir

İsrail rejiminin kabineti ölkəni "Yəhudi xalq dövləti" kimi tanıdan mübahisəli və irqçi qanun layihəsini qəbul edib. İsrailli ərəbləri kənarda qoyan və 1948-ci ildən sonra evlərindən qovulan fələstinlilərin haqqına maneə törədəcək qanunun qüvvəyə minməsi üçün parlamentdə təsdiqlənməsi lazımdır.
 
Maide.az xəbər verir ki, bəzi maddələri şəxsən sionist rejimin baş naziri Benyamin Netanyahu tərəfindən qələmə alınan qanun layihəsi, kabinet daxilində də bölünmə yaradıb. Sağçı, radikal sağçı və mərkəz partiyalardan ibarət koalisiyanın nazirlərinin səsvermədən əvvəl yüksək səslə müzakirə apardıqları bildirilir. Qanun nəticə olaraq 6-ya qarşı 14 səslə qəbul edilib; çərşənbə günü də ilkin səsvermə üçün parlamentə gedəcək.

Google+ WhatsApp ok.ru