İsrail rejiminə etiraz edən dekan başından bir vedrə torpaq tökdü

Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin Media fakültəsinin dekanı, professor Süleyman İrvan İsrailin Qəzzaya başlatdığı insanlıqdan kənar hücumlara etiraz etmək və Qəzzadakı qırğına diqqəti çəkmək üçün etiraz hərəkəti gerçəkləşdirib. Maide.az-ın məlumatına görə, professor bu hadisəyə etiraz olaraq başından aşağı bir vedrə torpaq töküb.
 
Dekan deyib ki, İsrailin Qəzzaya hücumları nəticəsində bu günə qədər çoxlu uşaq və qadın olmaqla 2 mindən çox günahsız Fələstinli ölüb, 10 mindən çoxu yaralanıb və minlərlə ev dağıdılıb. Dekan İsrailə Qəzzaya hücumlarını dərhal dayandırılması və Qəzza üzərindəki mühasirəni qaldırması çağırışını edib.
 
"BMT İsrail təcavüzkarlığını dayandırmaq üçün sözdə deyil, əməldə cəhd etməlidir. Qəzzadakı qırğına daha çox tamaşaçı qalmayın. "Başda ABŞ olmaqla, bəlli səbəblərlə İsrail təcavüzkarlığına dəstək verən bütün dövlətlərə çağırış edirəm ki, dəstəyinizi geri çəkin və İsraili dayandırın. Bu təcavüzkarlığın heç bir bəhanəsi ola bilməz. Qəzzada həyat mübarizəsi verən bütün Fələstinlilərə səslənirəm: ürəyimiz sizinlə".
 
Qəzzada davam edən qırğına vicdan sahibi olan insanların səssiz qalmamasını söyləyən dekan universitet rəhbərliyini də bu etiraza qoşulmağa dəvət edib.

Google+ WhatsApp ok.ru