Qəzzada atəşkəs üçün səylər davam edir

Həmasın sözçüsü Sami Əbu Zuhri Fələstin müqavimət qrupları və İsrail rejimi arasında "atəşkəs üçün səylərin davam etdiyini" bildirib.
 
Maide.az-ın məlumatına görə, Əbu Zuhri verdiyi yazılı açıqlamada, "bu anda qədər İsraillə atəşkəs əldə edilməsi barədə qəti bir şey yoxdur. Atəşkəs üçün səylər hələ davam edir" söyləyib.
 
Daha əvvəl açıqlamalar verən Fələstinli bəzi mənbələr də Misirin Fələstin və İsrail arasında atəşkəsin təmin edilməsi üçün işini davam etdirdiyini qeyd etmişdilər.
 
İsrail rejimi illərdir mühasirə altında saxladığı Qəzzaya 7 iyulda havadan və dənizdən, 17 iyulda isə qurudan hücuma keçib. Bir aydan çox davam edən hücumlardan sonra Misirdə başladılan müzakirələr nəticəsində keçici atəşkəs qərarı verilmişdi. İsrail 19 avqustda Qəzzadan raket atıldığını iddia edərək, yenidən hücum etməyə başlamış, Həmas isə İsrailin sözügedən iddialarını yalanlamışdı.

Google+ WhatsApp ok.ru