İsrail rejimindən orta əsr tətbiqi

Maide.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Vicdan İnsan Haqları Qurumu vəkili Məhəmməd Mahmudi açıqlamasında bildirib ki, sinaqoq hücumunu həyata keçirən Hassan Məhəmməd Əbu Camal və Adiy Əbu Camalın meyidlərini İsrail rejimi polisi ailələrinə təhvil verilməyəcəyini deyib.
 
Mahmudi əlavə olaraq bildirib ki, hərbi prokurorluq İsrail ordusunun sinaqoq hücumunu həyata keçirənlərin evlərinin sökülməməsi istiqamətindəki iddianı rədd edib.
 
Digər tərəfdən Hassan Məhəmməd Əbu Camalın həyat yoldaşının şəhərdə qalmaq icazəsinin də ləğv edildiyi bildirilir.
 
İsrail rejiminin ordu radiosunun xəbərinə görə, İsrail Daxili İşlər naziri Gilad Ərdan sinaqoq hücumunu həyata keçirən Əbu Camalın həyat yoldaşı Nadya Əbu Camalın bütün sosial haqlarından məhrum edilərək, Qüdsdən çıxarılması göstərişini verib.

Google+ WhatsApp ok.ru