İsrail rejimində seçki yaxınlaşdıqca siyasi gərginlik artıb

İsrail rejimində keçiriləcək erkən parlament seçkilərinə yaxınlaşdıqca sionist rəhbərlər arasında da hakimiyyət davası qızışır.
 
Maide.az xəbər verir ki, İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman rejiminin müharibə naziri Moshe Yaalonun hər hansı bir koalisiyaya qoşulmasının, "ancaq nazirliyi əlində saxlamaqla" şərtini ilə sürməsinə reaksiya göstərib: "Yaalonun yaxşı bir əsgərdir, amma təəssüf ki, heç kim onu ciddi bir müharibə naziri kimi görmür. Çünki onu İsrailin ərəb qonşuları, HƏMAS və Hizbullah, hətta Amerika belə ciddi qəbul etmir."
 
Liberman döyüş nazirinin danışdıqlarının HƏMAS və digər təşkilatların İsrail əleyhinə hədələrində daşındırıcılıq rolu oynamadığını qeyd edərək, bu vəziyyətin İsrailin nüfuzuna zərər verdiyini deyib.
 
İsrail müharibə nazirinin düşünmədən bəyanatlar verərək sionist İsrail rejiminin mövqeyinə zərər verdiyini bildirən Liberman, Yaalonun düşüncəsiz şəkildə danışdıqdan sonra tələsik olaraq Amerikadan da üzr istədiyini və bunun qəbuledilməz olduğunu deyib.
 
Bu arada ABŞ-ın Təl-Əviv səfiri Dan Şapiro, "Amerika və İsrail arasında münaqişələr olduğunu, ancaq bunun bir böhran olmadığını" bildirib.

Google+ WhatsApp ok.ru