Ermənistana uçan təyyarədə Azərbaycan dilində kim və niyə danışdı? 10 Fevral 2015 02:00 Dünya Fevralın 9-da Rusiyanın “Aeroflot” şirkətinin SU 1866 Moskva-İrəvan reysini həyata keçirən təyyarəsində qeyri-adi hadisə baş verib. Ermənistanın “Joxovurd” qəzetinin məlumatına görə, sərnişinlər öz yerlərini tutduqdan və təyyarə uçuşa başlamağa hazırlaşdığı vaxtda məlum salamlama nitqi səslənib - əvvəlcə rus, daha sonra isə Azərbaycan dilində. Sərnişinlər arasında əsl panika başlayıb. İnsanlar düşünüblər ki, bu, xüsusi hazırlanmış təxribatdır və onların təyyarəsi Bakıya uçur. Ekipaj üzvləri sərnişinləri sakitləşdirməyə çalışaraq, baş verənlərin texniki səhv olduğunu izah ediblər. Bundan başqa məlum olub ki, təyyarə ekipajının komandiri Eduard Ovannisyan da milliyətcə ermənidir. “Joxovurd”un məlumatına görə, nə sərnişinləri Azərbaycan dilində salamlamış ekipaj komandiri, nə də stüardessa Svetlana etdikləri hərəkə görə üzr istəməyiblər.(oxu.az) Teqlər : #Ermənistana uçan təyyarədə Azərbaycan dilində kim və niyə danışdı?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraq ordusu Əl-Fəth mahalını terrorçulardan təmizləyib İsrail rejimində seçki yaxınlaşdıqca siyasi gərginlik artıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO