İsrail rejimindən etiraf: `Ağır bir dərs aldıq` 09 İyun 2015 01:00 Dünya İsrail rejimi ordusunun Planlaşdırma İdarəsinin rəisi general-mayor Nimrod Shefer Qəzza zolağına 2014-cü ilin iyulunda təşkil olunan hücumda "acı bir dərs aldıqlarını" deyib. Maide.az xəbər verir ki, Shefer keçirilən Herzilya Konfransında çıxışında, Qəzza zolağında qazılan tunellərə toxunaraq, "Qarşılaşdığımız çətinliklərdən biri tunellərdir. Hər zaman düşmənlərimizdən bir addım öndə olmuruq. Düşmənimizin arxasında olanda çox ağır bir dərs aldıq. Əlimizdə lazımi texnologiya var. Raket məsələsi ilə olduğu kimi, tunel təhlükəsinə də həll yolu tapmağa çalışacağıq. Bunun mümkün olduğuna inanıram" söyləyib. Xatırladaq ki, sionist rejimin 7 iyulda başladığı və 51 gün davam edən hücumlarda Fələstin müqavimət qrupları qazdıqları tunellərdən keçərək, sərhədə yaxın nöqtələrdəki sionist qüvvələrinə qarşı əməliyyatlar keçirib. Hücumlarda Qəzzada 2 min 158 nəfər şəhid olmuş, 11 mindən artıq adam yaralanmışdı. İsrail tərəfində isə 66 hərbçi, 4 mülki vətəndaş və xarici əsilli fəhlə olmaqla 71 nəfər ölmüşdü. Teqlər : #İsrail rejimindən etiraf: `Ağır bir dərs aldıq`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT fələstinli uşaqların fəryadını görməzdən gəldi Dəniz quldurları İranın neft tankerinə hücum edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO