İsrail rejiminin keçmiş baş naziri barədə daha bir korrupsiya cinayəti

Maide.az xəbər verir ki, İsrail rejiminin keçmiş baş naziri Ehud Olmertin rüşvət aldığına dair daha əvvəl mühakimə edildiyi məhkəmədə yenidən mühakimə olunub və təqsirli bilinib.
 
Bir müavininin şahidliyi ilə nazir olduğu dövrdə iş adamından 154 min dollar rüşvət aldığı müəyyən edilən Olmertə veriləcək cəza may ayındakı iclasda məlum olacaq.  
 
Xatırladaq ki, Olmert ötən il də rüşvət almasına görə mühakimə olunmuş və 6 il həbsə məhkum edilmişdi. Kassasiya məhkəməsinin qərarı təsdiqləməsi vəziyyətində Olmert dəmir barmaqlıqlar arxasına göndəriləcək.

Google+ WhatsApp ok.ru