Səfir: `Yəməndə real olaraq nə qədər azərbaycanlının yaşadığı məlum deyil` 30 Mart 2015 01:00 Dünya “Yəməndəki hadisələrlə bağlı Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə müraciət edən olmayıb”. Maide.az az xəbər verir ki, bunu Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri, Yəməndə də akkreditə olunmuş Rasim Rzayev apa-ya açıqlamasında deyib. O bildirib ki, səfirlikdə rəsmi şəkildə Yəməndə yaşayan 3 nəfər qeydiyyatdan keçib: "Onlar Ədəndə yaşayır. Yəməndə vəziyyət gərginləşəndə biz onlara müraciət etdik. Onlar vəziyyətin sabit olduğunu, çıxmaq istəmədiklərini dedilər". Səfirin sözlərinə görə, Azərbaycan tərəfi bir neçə dəfə Yəmən Xarici İşlər Nazirliyinə orada yaşayan azərbaycanlıların rəsmi qeydiyyata alınmasında kömək göstərilməsi xahişi ilə müraciət edib. R. Rzayev hazırda Yəməndə real olaraq nə qədər azərbaycanlının yaşadığı barədə məlumatın olmadığını söyləyib. Diplomat qeyd edib ki, Yəməndə vəziyyətin daha da pisləşəcəyi halda Türkiyənin həmin ölkədəki səfirliyinə azərbaycanlıların ölkədən çıxarılması işində kömək etmələri barədə müraciət olunmuşdu: “Lakin Türkiyə öz səfirliyinin fəaliyyətini dayandırdı. İndi Rusiyanın bu ölkədəki səfirliyi ilə danışıqlar aparılıb. Onlar hər cür köməyə hazır olduqlarını bildiriblər”. Teqlər : #Səfir: `Yəməndə real olaraq nə qədər azərbaycanlının yaşadığı məlum deyil`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejiminin keçmiş baş naziri barədə daha bir korrupsiya cinayəti Almaniyanın eks baş naziri: `Rusiyanı təcrid etməyin`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO