İsrail rejiminin prezidentinə qarşı etiraz aksiyası

İsrail rejiminin prezidenti Reuven Rivlin İordan çayının qərb sahilindəki Əl-Xəlil şəhəri ilə yaxınlığındakı bir yəhudi yaşayış məntəqəsini ziyarət etməsi, buradakı fələstinlilər tərəfindən etirazla qarşılanıb, şəhərdə İsrail əsgərləri ilə fələstinli gənclər arasında qarşıdurmalar baş verib.
 
Maide.az "Yedioth Ahronoth" gazetsinə istinadən xəbər verir ki, yəhudi yaşayəş məntəqəsində muzeyin açılışını həyata keçirən Rivlin çıxışında Əl-Xəlilin minlərlə ildir Fələstində yəhudi varlığının mövcudluğuna şahidlik edən şəhərlərdən biri olduğunu söyləyib.
 
Axşam saatlarında isə Rivlinin səfərini etiraz etmək istəyən fələstinli gənclərlə İsrail rejiminin əsgərləri arasında qarşıdurmalar olub. Şahidlərin sözlərinə görə, yüzdən çox fələstinlinin iştirak etdiyi etirazlara İsrail əsgərlərinin atəş açaraq və gözyaşardıcı qazdan istifadə ilə müdaxilə edib.
 
Həmas hərəkatının rəsmisi Mahmud Əl-Hatib səfəri "ədəbsizlik" kimi səciyyələndirərək, Fələstin rəhbərliyindən İordan çayının qərb sahilinin yahudiləşdirilməsinin qarşısının alınması mövzusunda məsuliyyətlərini yerinə yetirməsini istəyib.

Google+ WhatsApp ok.ru