İsrail rejimi Qəzzaya hava hücumu təşkil etdi

Döyüş təyyarələri Qəzzanın müxtəlif bölgələrini bombalayıb

Şahidlərin bildirdiyinə görə, İsrail rejiminin döyüş təyyarələri Qəzzanın qərbində yerləşən Əs-Sudaniyyə bölgəsində Fələstin Daxili İşlər Nazirliyinə bağlı dəniz qüvvələrinə aid əraziyə hava hücumu təşkil edib.
 
Maide.az xəbər verir ki, döyüş təyyarələri bundan başqa, Beyt Lahiyə mahalı ilə Qəzzanın cənubunda Həmasın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarına aid hərbi baza ilə hərbi təhsil sahəsinə də hava hücumları həyata keçirib.
 
Hücumlarda ölən və yaralanan olmasa da, hədəf alınan yerlərin ətrafındakı binalarda ciddi dağıntılar yaranıb.
 
İsrail döyüş təyyarələrinin Qəzza səmalarında uçuşunu davam etdirdiyi bildirilir.

Google+ WhatsApp ok.ru