İsrail rejimi Qüdsdə 3 fələstinlini saxlayıb

İsrail rejimi Qüdsdə 3 fələstinlini saxlayıb

Şahidlərin verdiyi məlumata görə, İsrail rejiminin polis qüvvələri Şərqi Qüdsün Qədim şəhər bökgəsinin Akabat Halidiyyə mahalında 3 fələstinli gənci saxlayıb.
 
Maide.Az xəbər verir ki,  polisin iftar öncəsi gəncləri saxladığı və sonra onları döydüyü bildirilir.
 
Rejimin polis orqanlarından məsələ ilə bağlı heç bir açıqlama verilməyib.
 
İşğal edilmiş Qərb sahilində və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri həbs edirlər.
 
Qərb sahilində və Şərqi Qüdsdə adi həbslərdən sonra qadınlar və uşaqlar da daxil olmaqla bəzi fələstinlilər günlərlə həbs mərkəzlərində saxlanılır.

Google+ WhatsApp ok.ru