İsrail rejimi Qüds valisini növbəti dəfə həbs edib

İsrail rejimi Qüds valisini növbəti dəfə həbs edib

İşğalçı İsrail rejim qüvvələri dünən axşam saatlarında Qüds şəhərinin müsəlman valisini növbəti dəfə zorakılıqla həbs ediblər.
 
Maide.Az Felestin.info -a istinadla xəbər verir ki, Ədnan Qeys Qüdsün Silvan bölgəsində tədbirdə iştirak edərkən qəfildən əraziyə İsrail əsgərləri hücum edib. Valini həbs edən işğalçılar tədbir iştirakçılarına qarşı da zorakılığa yol veriblər.
 
Xatırladaq ki, ötən həftə də İsrail rejim qüvvələri Qüdsün Beyt-Hənina bölgəsində qohumunun toyundan qayıdan valinin avtomobilinə hücum edərək onu həbs etmişdilər. İki gün qanunsuz olaraq təcridxanada saxlanıldıqdan sonra Ə.Qeys sonradan sərbəst buraxılmışdı.
 

Google+ WhatsApp ok.ru