İsrail rejimi qüvvələri fələstinlilərə atəş açıb

İsrail rejimi qüvvələri fələstinlilərə atəş açıb

İordan çayının qərb sahilinin şimalında yerləşən Cənin şəhərinin qərbindəki əl-Araka kəndində dünən axşam saatlarında işğalçı İsrail rejimi qüvvələri ilə kənd sakinləri arasında toqquşmalar baş verib.
 
Maide.Az "Felestin.info"-ya istinadla xəbər verir ki, yerli mənbələr işğalçı qüvvələrin kəndə basqın təşkil etdiyini, küçələrdə barrikadalar quraraq, təxribat yönümlü hərəkətlər etdiyini bildirib.
 
İşğalçı rejim əsgərlərinin bundan başqa yoldan keçən maşınları və piyadaları dayandıraraq, yoxladığı qeyd edilib.
 
İsrail rejimi qüvvələrinin əl-Araka kəndinə təşkil etdiyi basqın zamanı işğalçı əsgərlərlə kənd sakinləri arasında qarşıdurma olduğu diqqətə çatdırılıb.
 
İşğalçı qüvvələrin qarşıdurma zamanı güllə, səs bombası və gözyaşardıcı qaz bombası istifadə etdiyi bildirilib.
 
Toqquşmalarda ölən ya da yaralanan olmadığı qeyd edilib.
 
Fələstin xalqına qarşı təzyiqlərini davam etdirən işğalçı rejim qüvvələri hər gün İordan çayının qərb sahili və Qüdsdə, xüsusilə gecə saatlarında və erkən səhər saatlarında basqınlar həyata keçirir.
 

 

Google+ WhatsApp ok.ru