Misirdəki `Əl-Əzhər`dən işğalçı İsrailə tunel etirazı

Misirdəki `Əl-Əzhər`dən işğalçı İsrailə tunel etirazı

Misirin «Əl-Əzhər» qurumu İsrailin, işğal altındakı Şərqi Qüdsün Silvan məhəlləsindən Burak (Ağlama) divarına  tunel açmasına etiraz edib.
 
Əhzər Qurumu bununla bağlı bəyanat yayıb.
 
Sənəddə sionistlərin Qüdsün  kimliyini dəyişdirmə cəhdləri qınanaraq, bunun regiondakı yanğını körüklədiyi bildirilib. Həmçinin beynəlxalq ictimaiyyətə İsrailin qanun pozuntularının qarşısının alınması üçün çağırış edilib.
 
Qeyd edək ki, dünən işğalçı İsrail rejimi Məscidi-Əqsanın cənubunda - yəhudi inancına görə müqəddəs sayılan  Silvan Hovuzundan (Breikhat HaShiloah) Hərəmi Şərifin Burak Divarına çıxan tunelin açılışını həyata keçirib.
 
Tədbirdə deputatlar, nazirlərlə bərabər ABŞ-ın Orta Şərq üzrə xüsusi nümayəndəsi Jason Greenblatt və ABŞ-ın  İsraildəki səfiri David Friedman da iştirak edib.
 
Sözügedən tunel sionist rejiminin Məscidi-Əqsanın ətrafı başda olmaqla yəhudilərə görə «Davud şəhəri» olaraq tanıdılan  Silvan məhəlləsi ilə Şərqi Qüds də daxil olmaqla turistik layihələrin, arxeoloji qazıntıların nəzərdə tutulduğu  «Shalem»   projesinin bir parçasıdır.
 
Fələstinlilər isə Şərqi Qüdsün öz dövlətlərinin paytaxtı olduğunu bildirərək, İsrailin yəhudiləşdirmə siyasəti çərçivəsində Şərqi Qüdsün müsəlman ərəb kimliyini dəyişdirməyə çalışdığını bildirir.
 

Google+ WhatsApp ok.ru