İsrail rejimi İranla bağlı qərardan narahatlığını bildirdi

İranın nüvə proqramına dair Tehranla "altılıq" ölkələri arasında İranın nüvə ehtiyatının mühüm hissəsinin ölkə ərazisindən kənara çıxarılması və yaxud məhv edilməsinə dair razılıq İsrail rejiminin narazılığına səbəb olub. 
 
Maide.az xəbər verir ki, İsrail rejimi İranın nüvə proqramına dair danışıqlarda razılığın əldə olunmasını "tarixi səhv" adlandırıb. 
 
Qeyd edək ki, İranın nüvə proqramı üzrə “altılıq” ölkələri ilə aparılan danışıqlarda razılıq əldə olunub. 
 
Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter” hesabında yazıb. 

Google+ WhatsApp ok.ru