İsrail rejimi Suriyanı bombaladı

İsrail rejiminin Hərbi Hava Qüvvələri Suriya ərazisinə və ölkə ordusunun mövqelərinə aviazərbələr endirib.
 
Hava zərbələrinə, xüsusilə paytaxt Dəməşqin 40 km-də yerləşən Kumeytra yaşayış məntəqəsi ərazisində yerləşən infrastruktur obyektləri məruz qalıb.
 
Qeyd olunur ki, hava zərbələri nəticəsində xəsarət alan olmayıb, bina və infrastruktura maddi ziyan dəyib.
 
Qeyd edək ki, ötən gün Suriya ərazisindən naməlum şəxslər İsrailə dörd raket atılıb. Raketlərdən ikisi Qaliley yaşayış məntəqəsi yaxınlığına, digər ikisi isə Qolan yüksəkliyi ərazisinə düşüb.

Google+ WhatsApp ok.ru