İsrail rejimi Suriya xalqının Ramazan ayını raketlə ‘təbrik etdi’ (VİDEO)

İsrail rejimi Suriya xalqının Ramazan ayını raketlə ‘təbrik etdi’ (VİDEO)

mülki vətəndaşlar həyatını itirib

Suriya hakimiyyəti Ramazan ayının ilk günlərində - dünən gecə baş verən raket hücumuna görə İsrail rejimini ittiham edib. 
 
Maide.Az xəbər verir ki, rəsmi SANA agentliyinin xəbərinə görə, ölkənin hava hücumundan müdafiə sistemi raketlərin bir hissəsini vura bilib. Onların neçəsinin hədəfə çatdığı barədə məlumat verilmir.
 
Məlumata əsasən, İsrail rejimi hərbi təyyarələrinin atdığı raket qəlpələri Suriyanın Dəməşq vilayətinin Əl-Həcirə və Əl-Ədliyə qəsəbələridə yaşayış evlərinə düşərək dağıntılara səbəb olub.
 
Nəticədə 3 mülki vətəndaş həyatını itirib, 4 nəfər isə o cümlədən 1 uşaq yaralanıb.
 
Açıqlamada bildirilir ki, düşmən təyyarələri Livandan Suriyanın paytaxtını atəşə tutublar.

Google+ WhatsApp ok.ru