İngitlərədə Beynəlxaq Qüds günü mərasimi virtual formatda keçiriləcək

İngitlərədə Beynəlxaq Qüds günü mərasimi virtual formatda keçiriləcək

Hər il dünyanın müxtəlif yerlərində milyonlarla insanın iştirak etdiyi Beynəlxalq Qüds günü yürüşü bu il koronavirus xəstəliyinə görə tarixdə ilk dəfə İngiltərədə virtual və "online" formatda keçiriləcək.
 
Madie.Az İQNA-a istinadla xəbər verir  ki, bunu haqda Londonun İslami İnsan Haqları Komisiyasının (IHRC) informasiya portalı məlumat yayıb.
 
Məlumatda deyilir ki, 2020-ci ilin mübarək Ramazan ayının son Cümə günü keçirilməsi nəzərdə tutulan Beynəlxaq Qüds günü mərasimi bu il May ayının 22-də sosial şəbəkələr üzərindən canlı yayımda keçiriləcək.
 
Qeyd edək ki, mərasimdə dünyanın müxtəlif yerlərindən Fələstinə azadlıq istəyən siyasi və ictimai fəallar qoşulacaq və virtual çıxışlar edəcəklər.
 
Bu mərasimdə Fələstin xalqının problemləri danışılacaq, Qəzzada yaşayan milyonlarla insanın koronavirus hücumu qarşısında köməksiz buraxılması və İsrailin bu pandemiyadan Fələstinə qarşı silah kimi istifadə etməsi, sionist yəhudilərin Fələstinə tibbi təchizatına girişinin qarşısını kəsməsi və digər cinayətləri işıqlandırılacaq.     
 
Xatırladaq ki, hər il Ramazan ayının sonuncu cümə günü Beynəlxalq Qüds günü kimi qeyd edilir.
 
Qüds gününün keçirilməsi təşəbbüsü ilk dəfə olaraq İran İslam Respublikasının banisi Ayətullah  Xumeyni tərəfindən Fələstin xalqının məruz qaldığı zülmə son qoymaq üçün verilib.  Belə bir əlamətdar hadisənin ilbəil keçirilməsi İslam dünyasında və eləcə də dünya xalqlarında zülmə və işğala qarşı mübarizəni formalaşdırıb.
 
 

Google+ WhatsApp ok.ru