İsrail rejimi Türkiyədən səfirliyini geri çağırır

İşğalçı rejim Türkiyədəki səfirlik əməkdaşlarını geri çağırır

 

İşğalçı rejim Türkiyədəki səfirlik əməkdaşlarını geri çağırır

İslamazeri.az-ın “Newsru.co.il”-ə istinadən verdiyi xəbərə görə, İsrail rejiminin xarici işlər naziri Aviqdor Liberman Türkiyədən səfirlik işçilərinin geri çağrılmasına göstəriş verib. 

Türkiyədən İsrail rejimin diplomatlarının ailələri çıxarılacaq. Bununla da işğalçı rejim öz diplomatlarının sayını minimuma endirəcək.

 Qeyd edək ki, işğalçı İsrailin Qəzzaya hücumu Türkiyənin paytaxtı Ankara şəhərində və digər şəhərlərində etirazlara səbəb olub.  Təxminən 500 nəfərlik etirazçı Ankaradakı İsrail səfirliyinin qarşısına toplaşaraq, etiraz ediblər. İsrail rejimi əleyhinə şüarlar səsləndirən etirazçılar səfirlik binasını da daşlayıblar. Etirazçılar səfirliyin binasına Fələstin bayrağını asıblar. Bu etirazlar sionist rejim rəhbərlərinin qorxusuna səbəb olub.


 

Google+ WhatsApp ok.ru