Fələstinli və Yəhudi aktivistlərdən birgə aksiya (FOTO)

İsrailin Qəzzaya hücumlarından sonra başlatdığı quru hərəkatı ABŞın Nyu York şəhərində də etirazla qarşılanıb.

Maide.az-ın "Anadolu Ajans"a istinadən verdiyi məlumata görə, Nyu Yorkun məşhur "Times" meydanında toplaşan aralarında yəhudilərin də iştirak etdiyi çoxlu sayda müxtəlif millətdən olan nümayişçi təkbir səsləndirib, şüarlar söyləyərək, İsrailin Qəzzaya hücumlarını pisləyib.

Nümayişçilərdən bəziləri etiraza uşaqlarıyla qatılıb. "Azad Fələstin, Azad Qəzza", "Ədalət istəyirik, indi istəyirik", "İsrail şiddəti dayanmazsa, savaşağıq", "İşğala və İsrailə xeyr" şüarlarını səsləndirən aktivistlər İsraili böyük bir müharibə cinayəti işlətməkdə günahlandırıb.

Nümayişə oğulları Harsh və Josej ilə qatılan Menacham Mermelstein adlı yəhudi Fələstin və Qəzza xalqına dəstək vermək, İsrailə "dayan" demək üçün hərəkata qatıldığını söyləyib. İsrailin Yəhudiləri təmsil etmədiyini söyləyən Mermelstein, "İsrailin etdiyi Tövrata və beynəlxalq qanunlara görə böyük bir cinayətdir. İsrail insanlıq cinayəti edir. Yəhudilər şiddətə, cinayətə və İsrailə qarşıdır" deyə danışıb.

Google+ WhatsApp ok.ru