İsrail silahları İraqlı terrorçularının əlində

Xəbər mənbələri İraqın Ər-Ramadi bölgəsində İsrail istehsalı olan müasir silahların yerləşdiyi əhəmiyyətli bir cəbbəxana əldə edildiyini bildirirlər.
 
Maide.az xəbər verir ki, Ər-Ramadi bölgəsi xüsusi qoşunlar komandanı general Əs-Saadi terrorçuların Ər-Ramadi bölgəsində İraq ordusu və xalq qüvvələrinə qarşı cavab üçün müasir İsrail silahlarından istifadə etdiklərini bildirib.
 
Ər-Ramadi bölgəsi xüsusi qoşunlar komandanı general Əs-Saadi bölgədə baş verən son toqquşmalarda həmçinin İraq qüvvələrindən 21 nəfərin şəhid olduğunu bildirib.
 
İraqlı general həmin silahların İraq ordusu tərəfindən müsadirə edildiyini deyib.

Google+ WhatsApp ok.ru