PEGİDA aksiyalarını davam etdirirlər

Almaniyanın Drezden şəhərində Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) Hərəkatının təşkil etdiyi aksiyaya 17 min 300 nəfərin iştirak etdiyi bildirilir.
 
Maide.az xəbər verir ki, Semper Operası önündəki "Theaterplatz" meydanında keçirilən 13-cü aksiyaya qatılanlar, "Yurdumuzu sevirik, buna görə bizi Almaniyanın ləkəsi kimi", "Köç əvəzinə təhsil", "Həqiqətləri söyləməyə cəsarət edin" və "Bu Gün Paris, sabah Drezden" yazılmış şüarlar və  Almaniya bayraqları qaldırılıb. 
 
Nümayişçilər hər həftə olduğu kimi bu dəfə də "Xalq bizik" və "Yalançı mətbuat" şüarları səsləndiriblər.

Google+ WhatsApp ok.ru