İsrail təyyarələri Livan hava məkanını pozdu

İsrail təyyarələri Livan hava məkanını pozdu

Ötən gün İsrail rejiminə məxsus təyyarələr Livanın hava məkanını pozaraq cənub bölgələri üzərində uçuş həyata keçirib.

Bu barədə “Al-Watania” xəbər agentliyi hərbi mənbələrinə istinadən məlumat verib. 

 Agentliyin məlumatına əsasən, təyyarələr Nabatiyə şəhəri və İklim ət-Tufah regionu üzərində aşağı hündürlükdə uçaraq hücum manevrlərini imitasiya ediblər.   

Məlumata əsasən, İsrail rejimi təyyarə və PUA-ları Livanın işğal altında olan Fələstin əraziləri ilə sərhəddə yerləşən Həsbayə, Ərkub, Şəba Fermaları və Cəbəl əş-Şeyx yüksəklikləri ərazilərində müşahidə edilib.   Bundan əlavə təyyarə və PUA-lar Litani çayı Mətn dağlıq ərazisi və Qərbi Bəqada müşahidə ediliblər. 

 Livan ordusu İsrail hərbi katerlərinin Livanın ən-Nakura burnundan dəniz sərhədlərini də pozduğunu açıqlayıb.   

Xatırladaq ki, Livan dəfələrlə BMT-nin Təhlükəsilik Şurasına səhədlərinin pozulmasına dair şikayət göndərsə də heç bir addım atılmayıb.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru