İsrail Vəfa xəstəxanasını bombaladı

İsrail ordusunun Qəzzada yaşlılar üçün reabilitasiya mərkəzi olaraq istifadə edilən Vəfa xəstəxanasını hədəf aldığı bildirilir.

Vəfa xəstəxanasının rəsmisi Ayman Anber bildirib ki, İsrail topçuları tərəfindən təşkil edilən hücumda ölən və yaralanan olmasa da, binada dağıntılar var.

Maide.az-ın məlumatına görə, Ayman Anber əlavə edib ki, xəstəxananın Fələstin hökuməti ilə heç bir əlaqəsi yoxdur və sadəcə hərəkət edə bilməyən, əlil, yaşlı xəstələrin reabilitasiyası üçün istifadə olunur.

Otuz xəstənin qaldığı reabilitasiya mərkəzində cümə günündən bu yana ABŞ, İngiltərə, Fransa, İspaniya, Venesuela və İsveçdən olan 8 fəal həmrəylik məqsədiylə xidmət edirlər.

Google+ WhatsApp ok.ru