İsrail yenə bombaladı: 40 şəhid 20 İyul 2014 01:00 Dünya `Həmas` 3 saatlıq atəşkəs elan edilməsini istəsə də İsrail bunu rədd edib İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzzanın Şəcaiyyə səmtini bombalayıb. Bölgə həmçinin artilleriya atəşinə tutulub. İlkin məlumatlara görə, ən azı 40 nəfər şəhid olub, 400-dən çox adam yaralanıb. Onların çoxunun qadın və uşaq olduğu bildirilir. Bombardman zamanı yaralıların daşındığı xəstəxanalardan birinə də zərbə endirilib. Küçələrə səpələnmiş cəsədləri və yaralıları götürmək üçün əraziyə girmək istəyən təcili tibbi yardım maşınlara atəş açılır. Ona görə də son bombardman nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. Şəcaiyyə səmtinin sakinlərinin evləri tərk edərək Qəzzanın digər bölgələrinə üz tutduğu bildirilir. “Həmas” hərəkatı bölgədəki yaralılara kömək etmək üçün İsraildən 3 saatlıq atəşkəs elan edilməsini istəyib. Rəsmi Təl-Əviv isə bunu rədd edib. Son məlumatlara görə, Qəzzada ölən fələstinlilərin sayı 370 nəfəri keçib. Teqlər : #İsrail yenə bombaladı: 40 şəhid, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qocaları, uşaqları və qadınları İsrailin qırğınından qaçırırlar (FOTO) Qəzzə fotolarda,uşaqlar qan içində
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO