İstanbul-Gəncə təyyarəsi eniş edə bilməyib

Türk hava yollarına (THY) məxsus İstanbul-Gəncə reysi həyata keçirən təyyarə Gəncə hava limanına eniş edə bilməyib.
 
Maide.az  Trend-ə istinadən məlumatına görə, saat 08:45-də enişi nəzərdə tutulan təyyarə qatı dumanlı hava şəraitinə görə havada iki saat dövrə vurduqdan sonra saat 12:50-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş edib.
 
Kəpəz TV xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanından verilən məlumata görə, sərnişinlər Bakıdan Gəncəyə avtobusla yola salınıb. Axşam saatlarında isə hava limanı Moskva-Gəncə reysini həyata keçirən təyyarəni qəbul edəcək. /
 

Google+ WhatsApp ok.ru