Bakı Bulvarında faciə: Uşaq karuseldən yıxılıb 08 Noyabr 2015 02:00 Hadisə Bakı Bulvarında faciəvi hadisə baş verib. Azyaşlı uşaq təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün karuseldən yıxılıb. Hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, attraksiondan yıxılan uşaq xəstəxanaya çatdırılıb. Baş nahiyyəsindən xəsarət alan uşağın vəziyyəti yaxşıdır. Şahidlərin verdiyi məlumata görə, anası ilə Dənizkənarı Milli Parka gələn 2001-ci il təvəllüdlü Məmmədəli Quliyev karuseldə olarkən bir neçə metr yüksəklikdən yerə düşüb. Uşağın yıxılmasının səbəbi kimi təhlükəsizlik kəmərinin bağlanmaması göstərilir. Uşağın anası Firuzə Şahməmmədova attraksionda çalışanların məsuliyyətsizliyə yol verdiklərini və buna görə də polisə müraciət edəcəyini bildirib. / Teqlər : #Bakı Bulvarında faciə: Uşaq karuseldən yıxılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda “Audi” yanaraq külə döndü - Video İstanbul-Gəncə təyyarəsi eniş edə bilməyib