İstanbul metrosunda partlayış: Hadisənin səbəbi, partlayış anı və sonrası - FOTO - VİDEO

Sübhə doğru İstanbul metrosunun "Bayrampaşa" stansiyasında partlayış baş verib.
Maide.az yerli mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən yoxdur, yaralı bir nəfər isə Haseke xəstəxansına yerləşdirilib. 
Bayrampaşadakı partlayışın yol kənarında qoyulmuş partlayıcı qurğunun partladılması nəticəsində baş verdiyi müəyyən edilib. Hazırda partlayışın baş verdiyi "Kadife Kavşağı"nda Bomba Məhvetmə və Ekspertiza Qrupu araşdırmalarına davam edir.  
Polis kamera görüntülərinə əsasən, partlayışdan əvvəl hadisə yerində görünən şübhəli şəxsin axtarışlarına başlayıb. Axtarışlara polis helikopterləri də havadan dəstək verir.
Partlayış anı və sonrası çəkilmiş foto-video görüntüləri təqdim edirik. /
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru