İstirahət gününə olan hava proqnozu açıqlanıb

İstirahət gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,
 
Bakıda və Abşeron yarımadasında
Hava şəraiti yağmursuz keçəcək.  Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında
Sabah hava şəraiti yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru