Sudanlılar İsrail rejimi ilə əlaqələrin normallaşmasına etiraz etdi 10 Fevral 2020 15:40 Fələstin İsrail rejiminin baş naziri Netanyahu ilə Sudanın Dövlət Rəhbərliyi Şurasının başçısı general Əbdülfəttah Əl-Burhanın Uqandada görüşməsinə qarşı Sudanın paytaxtı Xartumda etiraz mitinqi keçirilib. Deyerler.org xəbər verir ki, nazirlər kabinetinin binası qarşısında Normallaşmaya Qarşı Sudanlılar Birliyinin təşkil etdiyi mitinqdə, Burhan-Netanyahu görüşü əleyhinə şüarlar səsləndirilib. Fələstin xalqı və Əl-Əqsa məscidinə dəstək verilən aksiyada, “Əl-Əqsa məscidi olmadan sülh olmaz”, “İrqçi İsrail ilə normallaşma olmaz” və “Ey Burhan, Mossad ilə necə barışa bilərsən?” şüarları səsləndirilib. Sudandakı xeyli sayda siyasi partiya, Burhan-Netanyahu görüşünü, “Fələstinliləri kürəyindən bıçaqlanma” kimi qiymətləndirib. General Əbdülfəttah Əl-Burhan yanvarın 3-ü İsrail rejiminin baş naziri Netanyahu ilə Uqandada görüşmüşdü. Netanyahunun ofisi görüşün Uqanda prezidenti Yoveri Museveninin dəvətiylə reallaşdığını açıqlamışdı. Netanyahu, həmçinin Twitter üzərindən belə bir mesaj paylaşmışdı: “İki ölkə arasındakı münasibətləri normallaşdıracaq əməkdaşlığa başlamağa razılıq verdik”. İsrail rejimi 1967-ci ildə Fələstin torpaqlarının işğalına cavab olaraq münasibətlərini kəsən Afrika və Fars körfəzi ölkələri ilə münasibətlərini düzəltmək istəyir. Sudanın paytaxtı Xartum 1967-ci ildə Ərəb-İsrail rejimi müharibəsindən sonra, burada keçirilən “İsrail ilə sülhə yox, İsrailin bir dövlət olaraq tanınmasına yox və İsrail ilə danışıqlara yox” bəyanatı ilə nəticələnən Ərəb Sammiti səbəbindən “3 yoxun paytaxtı” kimi tanınır. Teqlər : #Sudanlılar,#İsrail,#rejimi,#ilə,#əlaqələrin,#normallaşmasına,#etiraz,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstində Trampın planına və İsrailə qarşı aksiyalar keçirilib, Ölən və yaralananlar var İsrail rejimi Qəzzaya hava hücumu təşkil etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar